"Bakı Dövlət Sirkinin bağlanmasını istəmirəm" - Nazir


"Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı Dövlət Sirki ilə bağlı müəyyən haqlı iradlar irəli sürülüb"

Aktual.az ''Report''a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib .
Nazir Bakı Dövlət Sirkinin bağlanmasını istəmədiyini bildirib:
"Çünki şəhərdə mütləq belə bir müəsissə olmalıdır. Sirk 40 ilə yaxındır ki, əsaslı təmir olunmadan fəaliyyət göstərir. Hesab edirəm ki, müvəqqəti olsa da, təhlükəsizliklə bağlı olan ölçüləri götürməliyik. Artıq bunların yarısını etmişik".
"Ümidvaram ki, bu mövsümdə sirk öz işini davam etdirə bilər. Amma bu məsələyə gələcəkdə mütləq baxılmalıdır", - deyə Ə. Qarayev qeyd edib.
Xəbər 1327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR