Bakı Beynəlxalq Avtovağzal Kompleksində dəyişikliklər olacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksində dəyişikliklər olacaq

 "Bakı Beynəlxalq Avtovağzal Kompleksində perronlar yaradılacaq". 

Bunu "Report"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, bu işlər "Avtomobil Nəqliyyatı - Yeni Tənzimləmə Konsepsiyası" çərçivəsində həyata keçiriləcək: "Hazırda avtovağzalda piyada axını ilə nəqliyyat axını üst-üstə düşür. Bu, həddindən artıq təhlükəli vəziyyətdir. Orada həm şəhərlərarası, həm də Sumqayıt istiqamətində hərəkət edən avtobuslar üçün perronlar yaradılacaq ki, hər bir axının ayrıca istiqaməti olsun, sərnişinlər yerüstü piyada keçidindən istifadə etməyə ehtiyac duymasın. Əsas məqsəd sıxlığın aradan qaldırılmasıdır".
 
Aktual.az
Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR