“Bakı avtovağzalının qarşısında çökmə prosesi davam edir” -Baş geoloq

“Bakı avtovağzalının qarşısında çökmə prosesi davam edir”  -Baş geoloq

“Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işlərinin aparılması səbəbindən monitorinq işləri müvəqqəti dayandırılıb”.

Aktua.az APA-ya istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında cüzi də olsa, çökmə prosesi gedir: “Avtovağzalın qarşısındakı asfaltın altında müəyyən boşluqlar yaranıb. Boşluqlar doldurulana qədər az da olsa, çökmə prosesi müşahidə olunacaq. Bu da təbiidir. Hazırda asfaltın altında yaranmış boşluqları doldurmaq üçün ora sement məhlulu vurulur. Bunun nəticəsində asfaltın altındakı tökmə torpaq sement məhlulunun içərisində həll olub bərkiyəcək və boşluqlar tutulacaq. Beləliklə də, çökmə prosesi tam dayanacaq”.

Baş geoloq əlavə edib ki, ərazidəki əsas istinad divarında hər hansı hərəkət qeydə alınmasa da, əsas yolla köməkçi yolun arasındakı divarda 2-3 mm-lik hərəkət qeydə alınıb.

Ə. Piriyev qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işləri tamamlandıqdan sonra monitorinq bərpa ediləcək.

Xəbər 515 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR