Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təqaüdə göndərilib

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təqaüdə göndərilib

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tamila Nəsrullayeva təqaüdə göndərilib.

"Report”un xəbərinə görə, 65 yaşlı hakim bu gün icraatında olan sonuncu cinayət işinə baxıb.
1953-cü ildə anadan olan T.Nəsrullayeva 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışırdı. O, daha əvvəl Bakı Şəhəri Kirov (indi Binəqədi) Rayon Məhkəməsinin sədri (1987 – 2000), Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri (2000 – 2007) və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (2007 – 2011) hakimi olub.
 
Aktual.az
Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR