“Bakcell”in sərfəli internet paketi Rusiyada da tətbiq olunacaq

“Bakcell”in sərfəli internet paketi Rusiyada da tətbiq olunacaq

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti 1 MB = 1 qəpik kampaniyasının aktiv olduğu ölkələrin siyahısına Rusiyanı da əlavə edib. Rusiyada səfərdə olan “Bakcell” abunəçiləri “Meqafon” mobil operatoruna qoşulduqda hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksəksürətli internetdən istifadə edə biləcəklər. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər.

Hazırda dünyanın 21 ölkəsində olan abunəçilərimiz bu imkandan yararlana bilirlər. Həmin ölkələrin siyahısı belədir: Türkiyə, ABŞ, BƏƏ, Rusiya, Yunanıstan, Almaniya, Böyük Britaniya, Çexiya Respublikası, İspaniya, Macarıstan və s. 

“Bakcell” getdikcə daha çox ölkədə abunəçilərinə ən sərfəli qiymətlə yüksəksürətli internet xidməti təklif etmək üçün rouminq tərəfdaşları ilə danışıqlar aparır.

Səfərdə olan “Bakcell” abunəçiləri “Bakcell Roaming” mobil tətbiqindən istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, “Bakcell” ilə onlayn əlaqə yaradaq dəstək ala bilərlər.

Bundan əlavə, abunəçilər bu tətbiq vasitəsilə öz nömrələrinin balansını asanlıqla artırırlar. “Bakcell Roaming” mobil tətbiqi haqqında daha ətraflı məlumat üçün bu linkə daxil olun: http://www.bakcell.com/az/bakcell-rouminq-ap

Xəbər 722 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR