Bakcell-ə yeni rəhbər təyin edildi

Bakcell-ə yeni rəhbər təyin edildi

Bakcell şirkətinə yeni rəhbər təyin edilib.

Aktual.az-ın xəbərlər.az-a istinadən məlumatına görə, bu barədə şirkətin hazırda keçirdiyi mətbuat konfransında məlumat verilib.

Yeni rəhbər telekommunikasiya bazarında 20 illik iş təcrübəsi olan Nikolay Bekersdir.

Nikolay Bekers deyib ki, Azərbaycana yeni gəlib və Azərbaycan dili biliyi çox aşağı səviyyədədir. O, ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan dilini təkmilləşdirəcəyini bildirib. 

O, səlahiyyətlərinin icrasına mayın 1-dən başlayıb.

Xatırladaq ki, Riçard Şirer 2011-ci ilin aprelində Bakcell şirkətinin Baş icraçı direktoru vəzifəsinə təyin edilib. Bundan əvvəl o, dünyanın bir çox tanınmış telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

O, Azərbaycandakı fəaliyyətini dayandırmasının səbəbi Azərbaycanda yaşanan iqtisadi böhran yox, ailəsinə daha çox vaxt ayırmaq istəməsi olduğunu bildirmişdi. 

Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR