Babayan: Nikol Putindən xahiş edib, Bakının tələbi isə…

Babayan: Nikol Putindən xahiş edib, Bakının tələbi isə…

Azərbaycanın Qarabağ bölgəsindəki keçmiş qondarma qurumun keçmiş "tş katibi” olan Samvel Babayanın 44 günlük savaşla bağlı ifadəsi üzə çıxıb.
Aktual.az xəbər verir ki, Babayan o vaxt separatçı xuntanın "baş prokuroru” olan Qurgen Nersisyana ifadəsində Qarabağın "yüksək rütbəli məmurlarının” Paşinyandan nəyin bahasına olursa-olsun, müharibəni dayandırması üçün iki dəfə müraciət etdiklərini deyib.
Babayan bildirib ki, birinci dəfə separatçı liderlər Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan, ikinci dəfə isə "parlament qüvvələri” Paşinyana müraciət ünvanlayıblar. Paşinyan Rusiya prezidentinə müharibəni dayandırmaq üçün müraciət edəndə isə Azərbaycan tərəfi daha böyük tələblər irəli sürüb.
"Noyabrın 9-da axşam mənə xəbər verdilər ki, Paşinyan məşhur bəyanatı imzalayacaq. Bunun qarşısını almaq üçün Ermənistan hökumət binasına getdim, amma artıq gec idi, Paşinyanla görüşə bilmədim. Paşinyanın bu addımını xəyanət hesab edirəm. Müharibə zamanı biz Araik Arutyunyanla mütəmadi olaraq müharibənin gedişatını müzakirə edir, "müdafiə ordusunun” hücuma tab gətirə bilməməsinə əmin olurduq. Araik Arutyunyan bir gün əvvəl hərbi əməliyyatların dayandırılmasını istədi. Lakin o, başa düşdü ki, bu, ondan asılı deyil”, - Babayan vurğulayıb.
Nəşr iddia edib ki, Q.Nersisyan "dövlət naziri” təyin ediləndən sonra cinayət işi bağlanıb.
Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR