"Azvision.az" 4 yaşını qeyd edir


Bu gün ölkənin xəbər saytları arasında öz dəst-xətti ilə seçilən AzVision.az-ın 4 yaşı tamam olur.

Sayt maraqlı layihə və rubrikaları, fasiləsiz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb.

AzVision.az gün ərzində müxtəlif səpkili xəbərlər, müsahibə və analitik yazılarla oxuculara xitab edir.

İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

Sayt Azərbaycan, rus, ingilis, ispan, fransız, alman və erməni dillərində xəbər xidməti göstərir.

Xatırladaq ki, AzVision.az erməni dili versiyası olan yeganə Azərbaycan saytıdır.

Saytın baş redaktoru tanınmış jurnalist Vüsal Məmmədovdur.

Qeyd edək ki, Femida.az hüquq yüklü xəbər portalı, Kirpi.info karikatura saytı da Azvision.az ailəsinə aiddir.

Aktual.az  kollektivi adından həmkarlarımızı təbrik edirik!

Xəbər 485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR