"Aztelekom”a yeni filial müdiri təyin edildi


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının (TKQ) və "Şimal-Şərq Regional Filialı"nın müdiri Nəriman Salmanov vəzifəsindən azad edilib.

Aktual.az-ın Report-a istinadən məlumatına görə, onun yerinə Nazim Əliyev təyin olunub.

O, bu təyinata qədər nazirliyə məxsus "Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelekom”) 1 saylı rabitə xidmətləri mərkəzinin rəisi işləyib.

Bundan başqa, "Aztelekom”un "Cənub Regional Filialı” yaradılıb və filiala rəhbərlik Salyan Telekommunikasiya Qovşağının rəisi Elxan Kərimova həvalə edilib. Onun indiyəqədərki vəzifəsinin icrası isə müvəqqəti olaraq müavinə tapşırılıb.
Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR