"Azərişıq": Ölkə ərazisində elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb


Ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb.

Aktual.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Qurum rəsmisi bildirib ki, "Azərişıq" əməkdaşları əhalinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görüb: "Paytaxtda və ölkə ərazisində bütün rayonlarda "Azərişıq" əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.

Qəza təhlükəsi ehtimal edilən ərazilərdə əməkdaşlar qabaqlayıcı tədbir görüblər. Təhlükəsizlik məqsədilə bəzi ərazilərdə elektrik enerjisinin verilişinə 10-15 dəqiqəlik qısa fasilələr yaranıb. Amma hələlik vətəndaşlardan heç bir şikayət daxil olmayıb".
Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR