Azərişıq: "Biz nə qədər qarşısını alsaq da..."

Azərişıq:

İstiliyin olmadığı binalarda insanlar qızdırıcılardan istifadə etmək məcburiyyətində qaldığına görə elektrik xətlərində yüklənmələr yaranır və yanğın təhlükəsi artır.

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə  "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdeyib.

Onun sözlərinə görə, xüsusən son bir həftə ərzində paytaxtda və bölgələrdə elektrik enerjisinə tələbat artıb, hətta bəzən elektrik xətlərində yüklənmələr müşahidə edilib: "Çünki havalar soyuyan kimi istilik sistemi olmayan abonentlər mənzillərini elektrik enerjisinin hesabına isidirlər. Təbii ki, bu halda yüklənmə olmalıdır. Amma yüklənmə olsa da, ən son texnologiyalar vasitəsilə, xüsusilə Bakıda, tələbat nə qədər varsa, ödənilir. Nə xətlərimizdə, nə yarımstansiyalarda problem yaranmır. Son illər Bakıda aparılan yenidənqurma işləri belə problemlərin yaranmasının, yüklənmələrin və gərginliyin aşağı düşməsinin qarşısını alır. Ancaq biz nə qədər qarşısını alsaq da, mənzillərdə ifrat dərəcədə elektrik qızıdırıcılarından istifadə olunur. Bunun da nəticəsində xətlərdə yüklənmələr baş verir".



T.Mustafayev qeyd edib ki, yanğınların baş verməsi səbəblərindən biri olan elektrik xətlərindəki qısaqapanmalar ümumi elektrik sistemində olmur: "Belə hallar əsasən elektrik enerjisindən düzgün istifadə qaydalarına əməl edilmədiyinə görə evlərdə, mənzillərdə baş verir. Qaydalara riayət edilsə, belə problemlər olmaz. Xüsusilə standartlara uyğun olmayan qızdırıcılardan istifadə edilməsi təhlükə yaradır, yanğınların baş verməsinə səbəb ola bilir.


Havalar soyuduqca elektrik enerjisinə tələbatın artması təbiidir. Çünki istilik sisteminin olmadığı və ya işləmədiyi yerlərdə insanlar özlərini üşütməyəcəklər ki. Əlacsız qalıb bundan istifadə etməlidirlər. Amma abonentlərə xəbərdarlıq edirik ki, sərfiyyatın artması ilə onların debütor borcları artır. Ona görə də ödəmələrini vaxtında etsinlər. Eyni zamanda, xahiş edirik ki, qızıdırıcılardan istifadə edərkən maksimum dərəcədə diqqətli və ehtiyatlı olsunlar, təhlükəsizlik qaydalarına riayət etsinlər. Çünki bu qaydaların pozulması həyat üçün təhlükə yaradır. Təcrübədə belə hallar çox olur. Əgər hər hansı problem və ya şübhələr olarsa, bizim "199" nömrəli qəza xidmətinə müraciət etsinlər".

Xatırladaq ki, "Azəristiliktəchizat" ASC bəyan etmişdi ki, noyabrın 15-dən etibarən yeni payız-qış istilik mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanacaq. Lakin bir sıra binalara ümumiyyətlə istilik verilmədi, hətta istiliyin verildiyi binalarda da təchizat 2 gün sonra kəsildi. Artıq bir neçə gündür, Bakının yarısında və regionlarda vəziyyət bu cürdür və əhali istiliyin olmamasından əziyyət çəkir.

"Azəristiliktəchizat" ASC-dən Milli.Az-a verilən məlumata görə, problem cəmiyyət tərəfindən "Azəriqaz"a yaranmış borca görə qazanxanalara qazın verilməsinin dayandırılması ilə bağlıdır.

"Azəristiliktəchizat"da hesab edirlər ki, abunəçilər borclu olmadıqları halda "Azəriqaz"ın qış vaxtı belə bir addım atması doğru deyildi. Belə ki, iki dövlət qurumu arasında məsələni başqa cür də həll etmək olardı.

Qeyd edək ki, aparılan danışıqlardan sonra hələlik hər rayonda yalnız 3-5 qazanxananın qaz xəttinə qoşulmasına icazə verilib.

Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR