"Azəriqaz"ın baş direktoru: "Nardaranlılar əməkdaşlarımıza dəfələrlə təzyiq edib"


SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi Bakının Nardaran qəsəbəsinin sakinləri ilə ötən illər ərzində böyük problemlər yaşayıb.

"APA-Economics"in məlumatına görə, bunu "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev deyib.

Ə. Hacıyevin sözlərinə görə, qəsəbə sakinlərinin müraciəti ilə qəsəbəyə yeni sayğaclar quraşdırılıb: "Əvvəllər Nardarana bir istiqamətdən qaz verilirdisə, hazırda təchizat üç istiqamət üzrə aparılır. Lakin ötən il xaricdən alınan bahalı sayğaclar kənd sakinləri tərəfindən sındırılıb. Bu səbəbdən biz bu ilin yay ayından etibarən təbii qazın təchizatını dayandırdıq. "Azəriqaz"ın əməkdaşları Nardaran qəsəbəsinin sakinləri tərəfindən dəfələrlə təzyiqə məruz qalıb, döyülüb. Dünəndən etibarən sayğac sisteminin vəziyyətinə baxış başlanılıb. Məhz bundan sonra neçə sayğacın  sındırıldığı müəyyən ediləcək. Dünəndən etibarən "Azəriqaz"ın əməkdaşları qəsəbəyə gəlib və sakinlərlə müvafiq müqavilələr imzalayırlar. Müqavilənin şərtləri ilə razılaşan sakinlər qazla təmin olunur. Əgər qəsəbə sakinləri bizim əməkdaşlarımızı təhqir etməyəcəksə, döyməyəcəksə, biz onları təbii qazla təmin edəcəyik. Onlarda Azərbaycan Respublikasının vətəndaşlarıdır. Amma biz işçilərimizi də riskə ata bilmərik".

Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR