“Azəriqaz”ın abunəçilərinin sayı 2,2 mln.-a çatıb

“Azəriqaz”ın abunəçilərinin sayı 2,2 mln.-a çatıb

 Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 479 yeni abunəçi qeydiyyata alınıb.

"Azəriqaz”dan verilən məlumata görə, bunun da 4 904-ü Bakı, Abşeron və Sumqayıt, 5 575-i isə regionlar üzrədir.
Yeni abunəçilərin sayının artmasında abunəçi bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.
Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abunəçilərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abunəçilərin sayı 2 195 514-ə çatıb.
Xəbər 296 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR