Azercell iPhone X kampaniyasına start verdi

Azercell iPhone X kampaniyasına start verdi

Phone X telefonlarının Azərbaycanda rəsmi təqdimatçısı Azercell Telecom MMC öz abunəçiləri üçün yeni iPhone X telefonları üzrə cəlbedici kampaniyaya başlayır.
Aktual.az
xəbər verir ki, ayda cəmi 129 manat ödəməklə, abunəçilər ən müasir smartfona sahib ola və 30GB həcmində Hedsiz internet paketi əldə edə biləcəklər. 1-8 dekabr tarixləri ərzində kampaniyaya qoşulan müştərilər isə telefonu aldıqları tarixdən sonrakı bir ay ərzində Hedsiz tarifindən pulsuz yararlana biləcək.
iPhone X kampaniyasına qoşulmaq üçün abunəçilər Azercell-in Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar. Telefonların sayı məhduddur.
Məlumat üçün qeyd edək ki, iPhone X iPhone-un ən yeni nəsil modelidir və yeni kamera sistemi və orijinal dizaynı ilə seçilir.
Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.

Aktual.az 
Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR