Azərbaycanlılar və gürcülərin erməni terrorçunun abidəsinə birgə etirazından - FOTOREPORTAJ

Azərbaycanlılar və gürcülərin erməni terrorçunun abidəsinə birgə etirazından - FOTOREPORTAJ

Bu gün Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında Dağlıq Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulmasına etiraz olaraq azərbaycanlıların və gürcülərin birgə etiraz aksiyası keçirilib.

"Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, aksiya iştirakçıları büstün dərhal sökülməsini tələb ediblər.
Qeyd edək ki, bir neçə gün bundan qabaq Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu Mikael Avakyanın abidəsinin açılışı olub. Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlı mülki əhaliyə qarşı qəddar davranışları ilə tanınan, ağır müharibə cinayətləri törətmiş M.Avaqyan 1994-cü ildə Füzuli rayonunun Horadiz qəsəbəsi yaxınlığında Azərbaycan Ordusu tərəfindən məhv edilib.  
Erməni separatçıya abidənin qoyulması etirazlara səbəb olub.
Bundan sonra Nəriman Nərimanovun Marneulinin mərkəzindəki heykəlinin götürüləcəyi məsələsi bilərəkdən ortaya atılıb.






Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR