Azərbaycanlılar istirahət üçün İstanbula axışır - Statistika

Azərbaycanlılar istirahət üçün İstanbula axışır   - Statistika

2016-ci ilin 5 ayı ərzində 71 min 878 azərbaycanlı istirahət etmək üçün Türkiyənin İstanbul şəhərinə üz tutub.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə İstanbulun Mədəniyyət və Turizm Müdirliyinin yaydığı məlumata görə, 2015-ci ilin eyni dövründə İstanbula 73250 azərbaycanlı səfər edib.

Ümumilikdə isə cari ilin 5 ayı ərzində İstanbula 3734000 turist gəlib. Almaniyadan 390208 nəfər, İrandan 294122 nəfər, İngiltərədən isə 159170 nəfər İstanbula səfər edib.

Məlumatda həmçinin qeyd edilib ki, şəhərə gələn azərbaycanlılar ümumi turist sayının 2,2 faizini təşkil edib.

Xəbər 439 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR