“Azərbaycanla Türkiyə dünyaya meydan oxuyacaq” - Binəli Yıldırım

“Azərbaycanla Türkiyə dünyaya meydan oxuyacaq”   - Binəli Yıldırım

Türkiyənin əsas hədəflərindən biri qonşu ölkələrlə problemlərə son qoymaqdır. 

Aktual.az  xəbər verir ki, bunu ANS-ə eksklüziv müsahibəsində Türkiyənin yeni baş naziri Binəli Yıldırım deyib.

Azərbaycanın Türkiyə ilə birgə nəhəng layihələrdə yer aldığını vurğulayan hökumət başçısı ən böyük layihənin iki ölkə qardaşlığının olduğunu söyləyib.

Binəli Yıldırımın sözlərinə görə, Azərbaycanla Turkiyə dünyaya meydan oxuyacaq vacib layihələrə imza atacaq. O bir daha vurgulayıb ki, Azərbaycanın dostu Türkiyənin dostu, düşməni düşmənidir.

AK partiyanın yeni sədri digər qonşularla da dostluq münasibətlərinin qurulacağını, mövcud problemlərə son qoyulacağını deyib.

Xəbər 701 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR