Azərbaycanla Rusiya arasında razılıq əldə olundu

Azərbaycanla Rusiya arasında razılıq əldə olundu

Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı zamanı yaranan problemlərin aradan qaldırılmasına dair iki ölkənin gömrük xidmətləri arasında razılıq əldə olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, sön dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiya Federasiyasına göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması və ya sərhəddə saxlanılması halları müşahidə olunub. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirir. Nəticədə isə qonşu ölkəyə ixrac olunan kənd təsərrüfatı malları ya geri qaytarılır, ya da uzun müddət sərhəddə yubadıldığı üçün məhsul keyfiyyətini itirir.

Azərbaycan məhsulların Rusiya ilə sərhəddə saxlanılması problemini həll edir
Dövlət Gömrük Komitəsi rəhbərliyinin, şəxsən Komitə sədri Aydın Əliyevin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi ilə apardığı müzakirələrdən sonra məsələnin həlli istiqamətində razılıq əldə olunub. Razılığa əsasən qisa zaman kəsiyində Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının maneəsiz olaraq Rusiya Federasiyasına göndərilməsi tam təmin olunacaq.

Xəbər 623 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR