"Azərbaycanla münasibətlərimiz daha da genişlənəcək"


İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

Aktual.az-ın məlumatına görə, H. Ruhaninin məktubunda deyilir:

“Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də dost və qardaş Azərbaycan Respublikasının dövlətini və xalqını səmimi qəlbdən təbrik edirəm. Əmin olduğumu bildirirəm ki, xalqlarımızın müştərək marağını nəzərə alaraq, İran İslam Respublikası ilə Azərbaycan Respublikası rəsmilərinin birgə artan səyləri nəticəsində ölkələrimiz arasındakı gözəl dostluq münasibətləri bundan sonra da xalqlarımızın qarşılıqlı mənafeyi çərçivəsində ikitərəfli, regional və beynəlxalq səviyyədə daha da genişlənəcək.

Allah-Taaladan sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının xalqına isə xoş günlər və başucalığı arzulayıram”.

Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR