Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunu təsdiq edib.
Qeyd edək ki, Anlaşma Memorandumu 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanıb.
Həmçinin, dövlət başçısı "Azərbaycan Dəmir Yolları" QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi barədə Müqaviləni təsdiq edib.
Xatırladaq ki, Müqavilə 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanıb.
Bundan başqa, İlham Əliyev Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Qeyd edək ki, Anlaşma Memorandumu 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanıb.
Azərbaycan Prezidenti həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Saziş həmçinin dövlət başçısının Fərmanı ilə təsdiqlənib.