Azərbaycanla Aİ arasında aviasiya sazişi imzalana bilər

Azərbaycanla Aİ arasında aviasiya sazişi imzalana bilər

Azərbaycanla Avropa İttifaqı arasında ümumi aviasiya zonası barədə sazişin əldə olunması tərəflər arasında böyük imkanlara yol aça bilər.

Aktual.az bildirir ki, bunu Trend-ə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavininin sözlərinə görə, Açıq səma (Open Skies) sazişi Avropa ilə Azərbaycan arasında hava daşımaları bazarının liberallaşmasına, kommersiya uçuşlarının sayının artmasına gətirib çıxaracaq.

M.Məmməd-Quliyev deyib ki, bu saziş tamamilə yeni istiqamətlərdə uçuşların həyata keçirilməsinə səbəb olacaq.
 
Aktual.az
Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR