Azərbaycanın valyuta ehtiyatları 51 milyard dollara yaxınlaşıb

Azərbaycanın valyuta ehtiyatları 51 milyard dollara yaxınlaşıb

Pofisitli tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 13,7% artaraq 50,9 mlrd. ABŞ dollarına çatıb ki, bu da ÜDM-i üstələyir.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2020-ci il və ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən xəbər verir.
Cari ildə tarixdə ilk dəfə Dövlət Neft Fondunun aktivləri 40 mlrd. dolları ötüb. Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu ilin ötən dövründə 11% artaraq 6,2 mlrd. dolları üstələyib.
Ölkənin beynəlxalq investisiya mövqeyi üzrə aktivləri (111 mlrd. dollar) öhdəlikləri (54 mlrd. dollar) 2 dəfədən çox üstələyir. Bu Azərbaycanın yüksək beynəlxalq ödəmə qabiliyyətini və kreditor rolunda çıxış etdiyini göstərir.
Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR