Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov vilayətinə işgüzar səfər edib

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov vilayətinə işgüzar səfər edib

Səfər çərcivəasində kecirilən görüşlərdə Birləşmiş Ukrayna Azərbaycanlilari Konqresinin sədri Rovşan Tagiyev iştirak edib

Xarkov vilayətinin qubernatoru Yuliya Svetliçnaya ilə kecirilən gorüşdə Azərbaycanla Xarkov Vilayətinin regional əməkdaşligi geniş müzakirə obyekti olub. Vilayətin sosial iqtisadi inkişaf strategiyası haqqında səfirə məlumat verən xanım Y.Svetliçnaya Azərbaycanla Xarkov vilayətinin ağır və yüngül sənaye müəssisələri arasındakı qarşılıqlı əlaqələrdən bəhs edib.Bu əlaqələrin dahada inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Xarkov şəhərinin ali təhsil ocaqlarında 3 mindən çox Azərbaycanlı tələbənin təhsil aldığını bildirən qubernator, Xarkov vilayətinin Azərbaycanla iqtisadi,mədəni,elm və təhsil əlaqələrinin inkişafına xüsusi maraq göstərdiklərini vurğulayıb.

Qubernator son dövrlər Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Azərbaycanla Ukraynanın bir sıra regionları arasında yeni əməkdaşlığın qurulmasından bəhs edib. Bu baxımdan artıq Azərbaycanla Xarkov vilayətinin bir sıra sənaye müəssisələri arasında əməkdaşlığa dair müqavilələrin imzalanmasının təqdirəlayiq hal olduğunu bildirib.

Səmimi qəbula görə Vilayət rəhbərliyinə minnətdarlığını bildirən səfir Azər Xudiyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial iqtisadi islahatlar, bölgədə həyata keçirilən qlobal iqtisadi layihələr haqqında ətraflı məlumat verib . Azərbaycan və Xarkov vilayətində fəaliyyət göstərən fabrik, zavod və sənaye müəssisələri, o cümlədən, aqrar və turizm sektorları arasında səmərəli əlaqələrin qurulması üçün əlverişli investisiya mühitinin olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə Azərbaycan səfirliyinin regional əməkdaşlığın inkişafına , müştərək işbirliyinin qurulmasına və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Ukaynada fəaliyyət gostərən Azərbaycan diasporunun gördüyü işlər haqqinda məlumat verən BUAK rəhbəri Rövşən Tagiyev ölkələrimiz arasinda iqtisadi mədəni əlaqələrin inkişaf etdirilməsindən bəhs edib.

Sonra səfir Azər Xudiyev Ukrayna Dövlət Dəmiryolu Universitetində Xarkovda təhsil alan Azərbaycanlı tələbələrlə görüşüb.Tələbələri qarşıdan gələn yeni il və dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik edən diplomat ,onlara təhsillərində uğurlar arzulayıb. Hər iki görüşdə Azərbaycan Milli Məclisinin deputatı Mirkazım Kazımov,milli məclisin keçmiş üzvü Elton Məmmədov,Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov iştirak ediblər.

Xəbər 1745 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR