Azərbaycanın sərhəd gəmisi ilk dəfə Həştərxana səfər edəcək

Azərbaycanın sərhəd gəmisi ilk dəfə Həştərxana səfər edəcək

Azərbaycan Dövlət Sərhəd Xidmətinin gəmisi bu gün ilk dəfə olaraq Həştərxana dostluq səfərinə yola düşəcək.

Aktual.az  report-a istinadən bildirir ki, bu barədə TASS-a Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kalmıkiya Respublikası və Həştərxan vilayəti üzrə Sərhəd İdarəsinin rəsmi nümayəndəsi İrina Qafurova məlumat verib.
"Azərbaycanın sərhəd gəmisinin Həştərxana səfəri ilk dəfə baş tutacaq. Əcnəbi qonaqlar üçün məzmunlu ekskursiya proqramı, birgə idman yarışları və dəniz təlimləri planlaşdırılıb. Bu səfər sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə məsələlərin həlli çərçivəsində beynəlxalq əməkdaşlığın növbəti mərhələsidir", - deyə Qafurova bildirib.
Onun sözlərinə görə, Azərbaycan sərhədçiləri Rusiyanın sərhəd gözətçi gəmilərinin baza məntəqəsini ziyarət edəcək və burada sahil mühafizə bölmələrinin silahlanmasında olan müasir texnika nümunələri ilə tanış olacaqlar.
"Həmçinin əsas tədbirlər arasında dəniz təlimləri durur ki, burada iki ölkə sərhədçiləri regionda sərhəd təhlükəsizliyinin aktual təhlükələrini müəyyən etməli, onların neytrallaşdırılması isiqamətində birgə fəaliyyət hazırlamalı və reallaşdırmalı və qarşılıqlı fəaliyyətin müxtəlif səviyyələrini işləyib hazırlamalıdırlar.
Agentliyin həmsöhbəti əlavə edib ki, həştərxanlılar və şəhərin qonaqları Azərbaycanın sərhəd gəmisini ziyarət edə və əcnəbi sərhədçi - dənizçilərin xidmət şəraiti ilə tanış ola bilərlər. Səfər avqustun 26-da başa çatacaq.

Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR