Azərbaycanın investisiyalarının əksəriyyəti Avropadadır

Azərbaycanın investisiyalarının əksəriyyəti Avropadadır

Dövlət Neft Fondu (SOFAZ) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatını açıqlayıb. 

Aktual.az xəbər verir ki, fonddan verilən məlumata görə, hal-hazırda (oktyabrın 1-nə olan məlumata əsasən) investisiya portfelinin 41,6%-i Avropa, 27,3%-i Asiya/Sakit okean, 24,1% Şimali Amerikada yerləşdirilib. 

Bundan başqa, SOFAZ-ın digər investisiyaları 3,9%-i Avstraliya /Yeni Zenlandiya, 0,1%-i Cənubi Amerika, 0,4%-i Yaxın Şərq, 2,6%-i isə beynəlxalq maliyyə təşkilatlarına qoyulub.

Qeyd edək ki, 2016-cı il oktyabrın 1-nə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 milyard 574,1 milyon dollar) nisbətən 6,7% artaraq 35 milyard 822,1 milyon dollara bərabər olub.

Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR