Azərbaycanın ikinci peykinin buraxılışı YENƏ təxirə salındı

Azərbaycanın ikinci peykinin buraxılışı YENƏ təxirə salındı

Azərbaycanın ikinci "Azerspace-2/Intelsat 38” geostasionar peykinin yay üçün nəzərdə tutulan buraxılışı yenə təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə peykin buraxılışı ilə məşğul "Arianespace” (Fransa) şirkəti bildirib.
Qeyd edək ki, daha əvvəl mayın 25-ə təyin olunmuş proses Hindistanın kosmik-tədqiqat təşkilatının "GSAT-11" peykində aparılan texniki yoxlamalarla əlaqədar yay aylarına keçirilmişdi.
Peykin buraxılışının sentyabrın 1-ci həftəsi üçün planlaşdırıldığı qeyd olunur.

Qeyd edək ki, peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qviana Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.
"Ariane 5 ECA" raket daşıyıcısı Azərbaycanın peykindən başqa, eyni vaxtda orbitə Hindistanın "GSAT-11" rabitə peykini də çıxaracaq.
Azərbaycanın "Azerspace-2/Intelsat 38" peykinin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.
 
Aktual.az
Xəbər 159 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR