Azərbaycanın ən təhlükəli əraziləri - SİYAHI

Azərbaycanın ən təhlükəli əraziləri   - SİYAHI

"May ayının 25-dən iyunun 7-dək Azərbaycanda və ölkəyə yaxın qonşuluqda yerləşən ərazilərdə 257 yeraltı təkan qeydə alınıb".

Aktual.az bildirir ki, bunu report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, bunların əksəriyyəti hiss olunmayan zəif təkanlardır: "Təkanların əksəriyyətinin maqnitudası 0.5, 0.7, 1.2, 1.5 arasında, yalnız ikisinin maqnitudası isə nisbətən çox olub. Onlardan biri iyunun 6-da Mingəçevirdən 22 km aralı, Ağdaşa doğru ərazidə baş verib və maqnitudası 3.1 olub. Digəri isə iyunun 7-də Xəzər dənizində qeydə alınıb və maqnitudası 3 olub. Bu yeraltı təkanlar da hiss edilməyib. Bütün təkanlar fon səviyyəsindədir. Yəni elə bir zona yoxdur ki, orada aktiv təkanlar qeydə alınmasın".
Q.Yetirmişli bildirib ki, Azərbaycanda hazırda seysmoloji aktivlik müşahidə edilmir: "Ökə ərazisində daim xırda təkanlar qeydə alınır və bu normaldır. Yəni bu göstərici Azərbaycana, seysmoaktiv bölgəyə xas olan əlamətlərdir".
Azərbaycanda ən çox təkanların hansı ərazilərdə qeydə alınmasına gəlincə, baş direktor qeyd edib ki, zəlzələlər ən çox Xəzər dənizində, Böyük Qafqaz dağ sisteminin cənub şərqində - Şamaxı, İsmayıllı, şimal-qərbində - Zaqatala, Şəki, Balakən, cənub hissədə Lənkəran, Lerik, Kiçik Qafqazda yerləşən Daşkəsən, Gəncə, Gədəbəy rayonlarının ərazilərində qeydə alınır: "Yəni təkanlar hamısı eyni yerdə olmur, xırda proseslər olmalıdır, çünki Azərbaycan seysmoaktiv zonadır".
Q.Yetirmişlinin sözlərinə görə, ölkə ərazisində tektonik hərəkətlər daimi var: "Onların nəticəsidir ki, zəif təkanlar olur. Amma hazırda baş verə biləcək güclü-dağıdıcı zəlzələ üçün elə bir aktiv bölgə yoxdur. Yəni tektonik qırılmalar zamanı baş verən zəlzələlər qorxulu deyil".
O qeyd edib ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin stansiyaları fasiləsiz müşahidələr aparır.

Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR