Azərbaycanın cüdo komandası yarışa qələbə ilə başladı

Azərbaycanın cüdo komandası yarışa qələbə ilə başladı

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə komanda yarışlarına start verilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, ilk görüşdə Azərbaycanın kişi cüdoçularının komandası Qırğızıstan komandası ilə qarşılaşıb.

Gərgin keçən mübarizədə komandamız üstünlüyü tam ələ alaraq 5:0 hesabı ilə Qırğızıstan komandasına qalib gəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
Aktual.az
Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR