"Azərbaycanın ABŞ-la münasibətləri çox rəvandır" - Prezidentin köməkçisi


“ABŞ və Avropa dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərimiz çox rəvandır, proqramlaşdırılılan, proqnozlaşdırılandır və qarşılıqlı maraqlara söykənib”.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov ABŞ-Azərbaycan münasibətlərini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan bu ölkələrlə daxili işlərə qarışmamaq, bir- birinin maraqlarını müdafiə etmək prinsiplərinə sadiqdir və bir sıra sahələrdə ortaq maraqlara malikdir: “Bu ölkələr sırasında ABŞ xüsusi əhəmiyyət kəsb edir. Bütün sahələrdə bu ölkə ilə münasibətlərimiz rəvandır".

Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR