Azərbaycanın 6 şəhərində yeni xəstəxana tikiləcək

Azərbaycanın 6 şəhərində yeni xəstəxana tikiləcək

2018-ci ildə Azərbaycanın 6 şəhərində yeni xəstəxanalar tikiləcək.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu səhiyyə turizmi mövzusuna həsr olunan Azərbaycan-Almaniya biznes-forumunda Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.
O bildirib ki, son illərdə ölkədə 600-dən çox səhiyyə müəssisəsi tikilib və ya yenidən qurulub:

"Bununla da Azərbaycanın hər şəhərində yüksək səviyyəli tibbi yardım göstərilməsi üçün şərait yaradılır".
Bakıda keçirilən biznes-forumda səhiyyə turizmi sahəsində çalışan 130-dan çox şirkətin nümayəndələri iştirak edirlər.
 
Aktual.az
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR