Azərbaycandan Rusiyaya pomidor ixracı artıb

Azərbaycandan Rusiyaya pomidor ixracı artıb

Azərbaycandan Rusiyaya pomidor ixracı son vaxtlarda 5 dəfə artıb.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev 22-ci Azərbaycan Beynəlxalq "Qida sənayesi" və 10-cu Azərbaycan Beynəlxalq "Kənd təsərrüfatı" sərgilərinə həsr edilmiş mətbuat konfransında deyib.

O vurğulayıb ki, Rusiya Azərbaycan kənd təsərrüfatı məhsullarının iri idxalçılarından biridir.

İ.Quliyev qeyd edib ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (Rosselxoznadzor) nümayəndə heyəti Azərbaycana gələrək yerindəcə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi proseduru ilə tanış olmaq imkanı əldə etdi: "Rosselxoznadzor" Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünün artım potensialını təsdiq etdi. Bunun üçün iki ölkənin hökuməti tərəfindən kənd təsərrüfatı məhsullarının ixracı üçün "yaşıl dəhliz" yaradıldı".

Xəbər 535 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR