Azərbaycandan Rusiyaya alça və şaftalı idxalı yasaqlandı

Azərbaycandan Rusiyaya alça və şaftalı idxalı yasaqlandı

Rusiya-Azərbaycan sərhədinin Yaraq-Qazmalar buraxılış məntəqəsində Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan üzrə İdarəsinin müfəttişləri Azərbaycandan daxil olan 5 min 100 kq. şaftalı və 12 min 500 kq. alçanın idxalına icazə verməyiblər.

Aktual.az  "Report"a istinadən bildirir ki, yükün saxlanılmasına Ümumrusiya Bitkilərin Karantin Mərkəzinin Dağıstan filialının qərarı səbəb olub.
İdarə məhsulda zərərli obyektin - şərq alma qurdunun (GrapholihamolestaBusck) aşkar edilməsi faktını təsdiq edib.
Yük sahibi "Bitkilərin karantini haqqında" qanunun 15-ci maddəsini pozub və inzibati məsuliyyətə cəlb olunub.

Xəbər 522 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR