Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb

Ötən ay Gürcüstana 596 703 əcnəbi ziyarətçi səfər edib.
 
APA-nın yerli bürosu Gürcüstanın Milli Turizm Administrasiyanın məlumatına istinadla xəbər verir ki, bu, ötən ilin aprel ayı ilə müqayisədə 85 960 nəfər və ya 16,8% çoxdur.
Gürcüstanda 24 saat və ya ondan çox müddətdə olmuş turistlərin sayı isə 278 032 nəfər (+24,9%) təşkil edib.
Aprel ayında Azərbaycandan qonşu ölkəyə səfər edənlərin sayında 10,4% artım qeydə alınıb.
Gürcüstana Azərbaycandan sonra ən çox səfər Rusiya, Türkiyə, Ermənistan və İrandan edilib.
Yanvar-aprel aylarında isə Gürcüstana 2 060 264 nəfər (+15,9%) əcnəbi ziyarətçi, 937 370 nəfər turist (+27,2%) səfər edib.
 
Aktual.az
Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR