Azərbaycanda yeni zəhərli ilan növü tapılıb

Azərbaycanda yeni  zəhərli ilan növü tapılıb

Bu ilanlar Xınalıq kəndi ətrafında yaşayır

AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının əməkdaşları (biologiya üzrə fəlsəfə doktorları S.Əhmədov, T.İskəndərov, S.Bünyatova, kiçik elmi işçilər G.Qasımova, G.Qasımova) Quba-Xaçmaz zonasının herpetofaunası üzrə tədqiqatlar aparıblar.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, İnstitutdan verilən məlumatda bildirilir ki, araşdırmalar nəticəsində Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq əraziləri üçün yeni, Gürzələr (Viperidae) fəsiləsinə aid olan ilan növü (Pelias lotiyevi – Lotiyev başıqalxanlısı) aşkar edilib.

Bu növün dünya üzrə arealı Şimali Qafqaz regionudur və Böyük Qafqazın şimal yamacları boyu (Soçi ş. ətrafı) ərazilərindən Dağıstan-Azərbaycan sərhədinə qədər uzanan kserofit dağlıq ərazilərini (dən.səv. hünd. 1000-2500 m) əhatə edir. Lotiyev başıqalxanlısının Azərbaycanda da (Dağıstanla həmsərhəd dağlıq ərazilərdə) yayılması ehtimal olunurdu. Əldə edilən tapıntı sübut etdi ki, Gürzələr (Viperida) fəsiləsindən olan Lotiyev başıqalxanlısı Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayılıb.

Hələlik bu növə Azərbaycanda yalnız Quba rayonu hüdudunda dəniz səviyyəsindən 1900-2300 m hündürlükdə yerləşən subalp dağlıq ərazilərində (Xınalıq kəndi ətrafı) rast gəlinib. Hazırda növün vertikal və horizontal istiqamətlərdə yayılmasını öyrənmək planlaşdırılır.

Xəbər 4439 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR