Azərbaycanda yeni su elektrik stansiyaları açılacaq

Azərbaycanda yeni su elektrik stansiyaları açılacaq

Azərbaycanda tezliklə "Balakən 2”, "Oğuz 1”, "Oğuz 2”, "Oğuz 3” su elektrik stansiyalarının açılışı olacaq. 

Aktual.az  Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev deyib.

E.Pirverdiyev qeyd edib ki, qurum öz kreditor öhdəliklərinin icrası üçün ilk növbədə ona olan borcları toplamalıdır: 

"Bizim kiməsə borcumuz var, bizə də hansısa qurumların borcu var. Onlar bizə borcu qaytarsın ki, biz də öz borcumuzu ödəyək”. 

"Borcları başqa valyutalarda götürdüyümüz üçün devalvasiyadan sonra gəlirlərlə ödəmələr arasında böyük fərq yaranıb. Ona görə də Maliyyə Nazirliyinə müraciət etdik ki, məsələni hansısa formada həll edək. Hazırda bununla bağlı müzakirələr aparılır”, - deyə "Azərenerji” rəhbəri bildirib.
 

Aktual.az

Xəbər 1273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR