Azərbaycanda yeni doğulan körpə öldü

Azərbaycanda yeni doğulan körpə öldü

Gəncədə yeni doğulan körpə ölüb.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 1992-ci il təvəllüdlü Abasova Aytən Akif qızı uşaq dünyaya gətirmək üçün Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Onun dünyaya gətirdiyi oğlan uşağı doğuşdan sonra dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
 
Aktual.az
Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR