Azərbaycanda uçot dərəcəsi sabit saxlanılıb

Azərbaycanda uçot dərəcəsi sabit saxlanılıb

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) iclası keçirilib.

Aktual.az  banka istinadən bildirir ki, iclasda uçot dərəcəsinin indiki 15% səviyyəsində saxlanılması barədə qərar qəbul edilib.

AMB-nin rəhbərliyi həmçinin faiz dəhlizinin yuxarı və aşağı həddinin dəyişməz (18% və 10%) saxlanılmasına qərar verib.

Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 18 sentyabr 2017-ci il tarixdə müzakirə ediləcək.
 
Aktual.az 
Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR