Azərbaycanda üç sürüşmə sahəsi daha təhlükəlidir

Azərbaycanda üç sürüşmə sahəsi daha təhlükəlidir

Hazırda Ağsu aşırımında, Zığda və Bakı-Sumqayıt avtomagistralında sürüşmə sahələri digər sürüşmə sahələri ilə müqayisədə daha təhlükəli hesab edilir.

Aktual.az Trendə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib ki, hazırda həmin ərazilərdə sabitlikdir: "Ancaq yağıntılar intensivləşərsə, bu sürüşmə sahələrinin təhlükəliliyi arta bilər. Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə sahəsində sabitlikdir".

Ancaq bunun müvəqqəti hal daşıdığını deyən Ə.Piriyev hazırda ərazidə bərpa-genişləndirmə işlərinin aparıldığını söyləyib.

Sürüşmə sahələrinin Azərbaycanın demək olar ki, bütün sahələrində olduğunu deyən Ə.Piriyevin sözlərinə görə, oktyabr ayı ərzində bəzi sahələrdə sürüşmə sahələri aktivləşib: "Ötən ay Abşeron yarımadasında, Bakının Bayıl, Badamdar, Əhmədli, Günəşli qəsəbələri və Nərimanov dairəsində sürüşmə prosesinin dinamikası aktiv olub. Hazırda həmin ərazilərdə nisbi sabitlikdir. Bununla yanaşı, Zığ, Qaraçuxur, Masazır sürüşmə sahələrində də aktivlik müşahidə olunur. Buralardakı mövcud çatlar cüzi də olsa, 50-60 mm genişlənib. Qaracuxur avtomobil yolunda həm yağıntılar, həm də iritonnajlı maşınların hərəkət etməsi səbəbindən çatlar həm genişlənib, həm də artıb. Bu yolun bir hissəsində qismən çökmə müşahidə edilir”.

Nazirlik rəsmisinin sözlərinə görə, Quba-Xınalıq avtomobil yolunun 37-46, Qusar-Sudur avtomobil yolunun 37-ci, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci, Bakı-Ağsu avtomobil yolunun 132-156-cı və Muğanlı-İsmayıllı yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində sürüşmə prosesində aktivləşmə müşahidə olunub. Nəticədə yolların kənarlarında uçqun baş verib, səthdə olan mövcud çatlar genişlənib. İsmayıllı rayonunun Xankəndi kəndində sürüşmə sahəsindəki çatlarda genişlənmə baş verib. Sürüşmə sahəsində qismən aktivləşmə qeydə alınıb.

Aktual.az

Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR