Azərbaycanda TRT-1 telekanalının rəqəmli yayımı bərpa olunacaq

Azərbaycanda TRT-1 telekanalının rəqəmli yayımı bərpa olunacaq

"Azərbaycanda TRT-1 telekanalının yerüstü rəqəmli yayımı, böyük ehtimalla 2017-ci ilin yanvar ayında bərpa olunacaq”.

Bunu APA-ya TRT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan deyib.

O bildirib ki, TRT ilə Azərbaycanın Milli Televiziya və Radio Şurası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyi arasında telekanalın yerüstü rəqəmli yayımının bərpası istiqamətində müzakirələr aparılır:

"Demək olar ki, bütün məsələlər həll olunub, sadəcə, kağız üzərində bir sıra məqamlar var ki, onlar da həllini tapmalıdır. TRT-1 Azərbaycanda yayımına icazə verilən yeganə xarici telekanaldır. Biz nəyin bahasına olursa-olsun, Azərbaycanda TRT-1-in yayımlanmasına davam edəcəyik. Bizim bu istiqamətdə iradəmiz çox güclüdür. 2017-ci ildə rəqəmli yayım üçün lazım olan rüsum TİKA, 2018-ci il üçün isə TRT tərəfindən ödəniləcək”.

Qeyd edək, TRT-1 telekanalının rəqəmli yayım üzrə müqaviləsi olmadığına görə Azərbaycanda yayımı dayandırılıb.

Xatırladaq ki, TRT-1 Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləsinə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanıb. Noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si bölgələrdə analoq TV-in yayımı dayandırılıb. Azərbaycanda yalnız rəqəmli TV yayımı həyata keçirilir.
 
Aktual.az
Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR