Azərbaycanda silah zavodunda güclü partlayış - Ölən və yaralananlar var + Video

Azərbaycanda silah zavodunda güclü partlayış   - Ölən və yaralananlar var + Video

Şirvan şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib. 

Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub.

Deyilənə görə bu zavodda silah-sursat istehsal olunur.

Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil. 

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 

Xatırladaq ki, ötən il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi. 

Partlayış baş verən hər iki zavod hərbi təyinatlıdır. //Musavat.com


Xəbər 859 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR