Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin sayı artıb

Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin sayı artıb

Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən xidmətlərin sayı artıb.
 
Başqa sözlə, bundan sonra yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanılması, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənəcək.

Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR