Azərbaycanda qarlı hava şəraiti davam edəcək

Azərbaycanda qarlı hava şəraiti davam edəcək

Bakıda və Abşeron yarımadasında istirahət günü, yanvarın 29-da havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah paytaxtda mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Gecə və səhər yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Yolların buz bağlama ehtimalı var.
 
Aktual.az
Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR