Azərbaycanda qarın yaratdığı fəsadlar -FOTO

Azərbaycanda qarın yaratdığı fəsadlar   -FOTO

Həm xarici,həm də yerli turistlər çətinliklə qarşılaşıblar.

Quba-Xınalıq yolunda qar yağması nəticəsində ciddi fəsadlar yaranıb.

Aktual.azans press-ə istinadən xəbər verir ki, Xınalıq yolunda oktyabrın son günü yağan qar həm də qar sorağı ilə Xınalığa gedən turistlərə də sürpriz yaşadıb.

Yolun Qırız Dəhnə kəndindən keçən hissəsində küləklə müşahidə olunan qar yolda ciddi problem yaradıb - avtomobillər sürüşdüyündən hərəkəti saxlamalı olublar.

Hətta bəzi sürücülər yolun qəfil buz bağlamasından ehtiyatlanaraq avtomobillərin təkərlərinə zəncir bağlayıblar. Həm xarici,həm də yerli turistlər çətinliklə qarşılaşıblar.

Biz Qubanın Xınalıq kəndindən qayıdırıq.Yolda qar yağması nəticəsində yol bərbad vəziyyətə düşüb. Yol sürüşmə yaranıb. Bu, avtomobillərin hərəkətində olduqca çətinlik yaradıb. Xınalıqdan gələn turistlər yolu piyada düşürlər",- deyə xarici turistlər bildiriblər.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Qarlı havaların isə qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.

Xəbər 532 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR