Azərbaycanda ortaaylıq nominal əməkhaqqı artıb.
Bu barədə
Aktual.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, 2026-cı ilin yanvar-may aylarında ölkədə muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.3% artaraq 1 175 manat təşkil edib.
Bildirilib ki, ortaaylıq əməkhaqqı neft-qaz sektorunda 4 605.7 manat, qeyri-neft-qaz sektorunda isə 1 113.3 manat olub.
Məlumata görə, dövlət müəssisələrində çalışanların ortaaylıq əməkhaqqı 1 160.9 manat, özəl sektorda çalışanların əməkhaqqı isə 1 188.7 manat təşkil edib.
Xəbər 84 dəfə oxunub.