Azərbaycanda manat depozitləri bahalaşıb

Azərbaycanda manat depozitləri bahalaşıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının depozit və əmanətlər üzrə orta faiz dərəcəsi avqustda qarışıq tendensiya göstərib. 

Aktual.az  Report-a istinadən xəbər verir ki, hesabat dövründə manatın əmanət və depozitlər üzrə orta faiz dərəcəsi iyul ayı ilə müqayisədə 0,84 bənd artaraq 8,55% təşkil edib.

Xarici valyutada əmanət və depozitlər üzrə isə orta faiz dərəcəsi avqustda 0,17 bənd azalaraq 5,42%-ə enib. Kommersiya bankları tərəfindən avqust ayında verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyutada müvafiq olaraq, illik 12,28% və 10,21% təşkil edib.

Xatırladaq ki, avqust ayının 1-nə bu göstəricilər manatda 12,37%, xarici valyutada isə 10,30% olub.

Xəbər 311 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR