Azərbaycanda heyvanlar arasında COVID-19 yayılıb? (FOTO)

Azərbaycanda heyvanlar arasında COVID-19 yayılıb? (FOTO)

COVID-19 xəstəliyinin ev heyvanları (it və pişik) arasında yayılmasının araşdırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən elmi-tədqiqat işlərinə başlanılıb.

AQTİ-dən Qaynarinfo-ya verilən məlumata görə, bu layihə COVID-19 törədicisinin heyvanlar arasında yayılması səbəblərinin aşkarlanması və törədicinin ətraf mühitdə dövr etməsinin qarşısının alınması məqsədilə həyata keçiriləcək profilaktik tədbirlər baxımından böyük elmi əhəmiyyət kəsb edir.

Tədqiqat işlərinin gedişatına əsasən, COVID-19 testi pozitiv və ya şübhəli olan insanlarla sıx təmasda olan, temperatur və kəskin respirator əlamətlər (yüksək temperatur, burun axması, öskürək, asqırma, pnevmoniya və s.) aşkar edilən, eləcə də son bir ay ərzində bu kimi əlamətlərin müşahidə olunduğu ev heyvanlarından nümunələr götürülür.

Mərhələli şəkildə həyata keçiriləcək layihə hazırda Bakı şəhəri və Abşeron rayonu ərazisində yerləşən baytarlıq klinikalarında müayinə olunan, həmçinin heyvan sığınacaqlarında saxlanılan it və pişiklərdən müvafiq nümunələrin (qan və yaxma) götürülməsi ilə davam etdirilir.

Qeyd edək ki, COVID-19 xəstəliyinin törədicisi olan SARS-CoV-2 koronaviruslar ailəsinə mənsub zoonoz və yüksək patogen virus olmaqla, insanlarla yanaşı, heyvanlar üçün də riskli sayılır. Artıq dünyanın müxtəlif ölkələrində zoopark və ev heyvanları arasında COVID-19 xəstəliyi ilə yoluxma faktları qeydə alınmışdır. Aparılan elmi araşdırmalara görə, COVID-19 xəstəliyinin heyvanlar, xüsusilə, it və pişiklər arasında yayılmasının əsas səbəblərindən biri yoluxmuş insanlarla sıx təmasdır. İlk dəfə COVID-19 xəstəliyinin alovlandığı Çinin Uhan əyalətində pişiklərdən götürülmüş qan serumlarında aparılmış immunoferment müayinələri (ELISA testi) nəticəsində onların COVID-19 testinin pozitiv olması aşkar edilib.

İnsanlardan ev heyvanlarına COVID-19 virusunun ötürülmə ehtimalı və ev heyvanları arasında virusun dövr etməsi barədə məlumatlar artmaqdadır.
Xəbər 25 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR