Azərbaycanda hərbçilər attestasiyadan keçiriləcək

Azərbaycanda hərbçilər attestasiyadan keçiriləcək

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən tabelikdə olan idarə və təşkilatlar üzrə kadrlarla aparılmış işlərin yekunu və növbəti ildə qarşıda duran vəzifələrə dair toplantı keçirilib.
Aktual.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tövsiyə və tapşırıqlarını toplantı iştirakçılarına çatdıraraq kadrlarla işə cavabdeh zabitlərin üzərinə düşən vəzifələri xüsusi qeyd edib.

Hərbi qulluqçuların vəzifələrə təyin edilməsində işgüzar keyfiyyətlərlə yanaşı, onların mənəvi-psixoloji hazırlığı, nizam-intizamının nəzərə alınmasının vacibliyi vurğulanıb, 2016-cı ildən hərbi qulluqçuların attestasiyası ilə bağlı yeni qaydaların tətbiq olunacağı diqqətə çatdırılıb.

Toplantıda il ərzində əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsilli, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, müəyyən döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi sahəsində görülən işlər diqqətə çatdırıldı, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçən peşəkar zabitlərin fəaliyyətinin keyfiyyətcə artırıldığı önə çəkilib. Bildirilib ki, hərbi xidmətə cəlb ediləcək ixtisaslı gənclərlə bağlaşmadan qabaq onların bilik və bacarıqları, mənəvi keyfiyyətləri nəzərə alınacaq və belə zabitlərlə işin keyfiyyətinə diqqət artıralacaq.

Sonda tapşırıqların yerinə yetirilməsində nailiyyətlər əldə etmiş bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Xəbər 484 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR