Azərbaycanda havanın temperaturu 5-8 dərəcə aşağı enəcək      - XƏBƏRDARLIQ

Azərbaycanda havanın temperaturu 5-8 dərəcə aşağı enəcək      - XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. 

Milli Hidrometeorologiya Xidmətindən Aktual.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 9-u günün ikinci yarısından 11-i axşamadək şimal-qərb küləyinin 15-18, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu  tədricən 6-8 dərəcə aşağı enəcək.
İyulun 9-u axşamdan 12-si gündüzədək Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu  düşəcəyi gözlənilir. 
Qərb küləyi 15-20, ayrı ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu  ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Xəbər 225 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR