Azərbaycanda güclü leysan fəsadlara səbəb olub – VİDEO

Azərbaycanda güclü leysan fəsadlara səbəb olub   – VİDEO

Gecə saatlarından başlayaraq Azərbaycanın cənub bölgəsində güclü leysan yağmağa başlayıb.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, leysan bölgədə daha çox Astara rayonunda fəsadlara səbəb olub.

Rayonun dağlıq ərazisində yerləşən Vaqadi kəndi leysan yağışları nəticəsində əmələ gələn sel sularından daha çox ziyan çəkib.

Dağlardan gələn sel suları kənddə yerləşən, üç yaşayış məntəqəsini birləşdirən körpünü yuyaraq aparıb. Kəndarası yollar bərbad vəziyyətə düşüb. Kənddəki sitrus bağlarına, fərdi təsərrüfatlara xeyli ziyan dəyib.

Kənddə bəzi yerlərdə mövcud olan sürüşmə sahələrində aktivlik artıb.

KanalS-in məlumatına əsasən isə, Şamaxıya yağan güclü leysan yağışları bir sıra fəsadlar törədib.

Rayonun Dəmirçi kəndinin ərazisindən keçən Pirsaat çayında, suyun səviyyəsi artıb, nəticədə su öz məcrasından çıxıb kəndi rayon mərkəzi ilə biləşdirən yolu bağlayıb. Sel kənddə bir neçə işıq dirəyini aşırıb. Nəticədə kəndə elektrik enerjisinin verilməsində problem yaranıb. Yollarda torpaq sürüşmələri baş verib. Hazırda selin vurduğu zərərin araşdırılması istiqamətində işlər görülür.

Xəbər 419 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR