Azərbaycanda gənc alimlərə mənzil və torpaq sahəsi verilə bilər

Azərbaycanda gənc alimlərə mənzil və torpaq sahəsi verilə bilər

Azərbaycanda elmi işçilər, o cümlədən gənc alimlər mənzil və ya torpaq sahəsi ilə təmin ediləcək.

Aktual.az APA-ya istinadən məlumatına görə, bu, ikinci oxunuşa hazırlanan “Elm haqqında” qanun layihəsinin 37-ci maddəsinin 9-cü bəndində qeyd olunub:
“Dövlət mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən gənc alimlərin mənzil və ya torpaq sahəsi ilə təmin olunması üçün şərait yaradır, onlara güzəştli ipoteka kreditlərinin verilməsini təmin edir”.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR